[b]Sezar Meza Kolli zədəsi haqda: “Qəbələ” ilə matça...[/b]
22.05.2018 - 14:10
[b]Sezar Meza Kolli zədəsi haqda: “Qəbələ” ilə matça...[/b]

“Keşlə”nin aparıcı futbolçusu Sezar Meza Kolli zədələnib. Bu barədə apasport.az saytına italiyalı futbolçu özü məlumat verib.

 

O, kürəyində ağrılar hiss etdiyi üçün Topaz Premyer Liqasının son turunda “Səbail”lə (1:0) görüşü buraxdığını bildirib. Lakin 27 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun “Qəbələ” ilə final matçına qədər hazır olacağını söyləyib: “Səbail”lə oyundan əvvəl narahatlıq hiss etdim. Elə ciddi bir problem deyil. Sadəcə, riskdən qaçmaq üçün son turda meydana çıxmamağım məsləhət bilindi. Artıq heç bir problemim qalmayıb. “Qəbələ” ilə qarşılaşmaya da tam hazıram”.

 

Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü mayın 28-də Qəbələdə keçiriləcək.

0