19 May 13:11 Son turun formal paytaxt derbisi: 1-dən artıq qol vuran olmur
FUTBOL xəbərləri 19 May 13:11
3873 baxış

Son turun formal paytaxt derbisi: 1-dən artıq qol vuran olmur

Topaz Premyer Liqasının son turunun “Səbail” – “Keşlə” qarşılaşması formal xarakter daşıyır. Apasport.az saytının məlumatına görə, tərəflər arasındakı 4-cü qarşılaşmanın nəticəsi heç nəyi həll etməyəcək.

 

Cari mövsümdən etibarən üz-üzə gələn paytaxt təmsilçilərinin görüşü adətən cansıxıcı keçir. İlk 3 qarşılaşmada sərgilənən oyun və qeydə alınan nəticə bunu deməyə əsas verir. İlk iki dueldə ev sahibi olan tərəf yeganə qol sayəsində qələbə qazanıbsa, III dövrənin oyunu 1:1 hesabı ilə nəticələnib.

 

Bu isə o deməkdi ki, “Səbail”lə “Keşlə”nin şəxsi görüşlərində ümumi bərabərlik hökm sürür. Sabah hər iki komanda həm qələbə, həm də qol sayında önə keçməyə çalışacaq. “Səbail” son iki matçda rəqibinə uduzmayıbsa, “Keşlə” yeganə səfər görüşündən xalsız qayıdıb. Digər diqqqətçəkən məqam isə komandaların oyunlarında bir tərəfin 1-dən artıq qol vura bilməməsidi.

 

Qeyd edək ki, sabah keçiriləcək “Səbail” – “Keşlə” görüşü 17:15-də start götürəcək.

Xəbər lenti