[b]“Sumqayıt” heç-heçə ilə başladı[/b]
19.07.2018 - 20:38
[b]“Sumqayıt” heç-heçə ilə başladı[/b]

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələri Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb.

 

“Kimyaçılar” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub.

 

Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

0