[b]“Sumqayıt” Serbiya və Makedoniya klubu ilə qarşılaşacaq[/b]
15.12.2017 - 12:08
[b]“Sumqayıt” Serbiya və Makedoniya klubu ilə qarşılaşacaq[/b]

“Sumqayıt”ın Türkiyə toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha 2 rəqibinin adı müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi Antalyada ümumilikdə 4 görüşdə qüvvəsini sınayacaq.

 

Samir Abasovun yetirmələri qardaş ölkəyə yanvarın 21-də yola düşəcəklər. Fevralın 4-də isə komanda Azərbaycana qayıdacaq.

 

Sınaqçı rəqiblərdən birinin “Anji” olduğu açıqlanmışdı. Lakin Rusiya təmsilçisi ilə oyun mahaçqalalıların rəsmi saytında göstərilən tarix - yanvarın 22-də keçirilməyəcək. Bu görüş yanvarın 31-də baş tutacaq.

 

“Sumqayıt” yanvarın 28-də Makedoniya klubu “Akademiya Pandev”lə üz-üzə gələcək. Adıçəkilən komanda ölkə çempionatında 4-cü pillədə qərarlaşıb.

 

Sumqayıtlıların toplanış çərçivəsində sonuncu sınaqçı rəqibi isə “Mladost” olacaq. Serbiya klubu ilə qarşılaşma fevralın 3-də keçiriləcək. “Mladost” ölkə çempionatında 16 komanda arasında 9-cudu.

 

Qeyd edək ki, “Sumqayıt”ın yoxlama matçı keçirəcəyi komandalardan yalnız birinin adına hələ tam aydınlıq gəlməyib.

0