20 May 12:58 Super Liqaya yüksələn son komanda bəlli oldu
FUTBOL xəbərləri 20 May 12:58
567 baxış

Super Liqaya yüksələn son komanda bəlli oldu

Türkiyə Super Liqasına yüksələn sonuncu – üçüncü komandanın adına da aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin finalında “Qazişehir” ilə “Ərzurum Bələdiyyə” qarşılaşıb.

 

Matçın əsas və əlavə vaxtında hesab açılmaıyb. Bu halda sonuncu xoşbəxti müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.

 

Penaltilərdə 6:5 hesabı ilə qalib gələn “Ərzurum Bələdiyyə” Super Liqaya vəsiqə qazanıb. 


Qeyd edək ki, Super Liqanı “Osmanlıspor”, “Gənclərbirliyi” və “Kardemir Karabükspor” tərk edib. “Rizəspor” TFF 1-ci liqanın qalibi, “Ankaragücü” isə ikinci yerin sahibi kimi növbəti daha əvvəldən vəsiqəni təmin etmişdilər.

Xəbər lenti