"Çelsi"nin əsas müdafiəçisi klubdan ayrılır
04.05.2024 - 10:03
Londonun "Çelsi" klubunda çıxış edən mərkəz müdafiəçisi Tiaqo Silva karyerasını vətənində davam etdirə bilər.
Apasport.az "Globo" nəşrinə istinadla xəbər verir ki, "Fluminense" təcrübəli futbolçu ilə müqavilə imzalamaq istəyir.
Tərəflər artıq danışıqlar prosesinə başlayıblar. Tiaqonun tezliklə Braziliya klubu ilə müqavilə bağlayacağı gözlənilir. Transfer yayda, futbolçunun "mavilər"lə müqaviləsi bitəndə rəsmiləşəcək.
İngiltərə Premyer Liqasının bu mövsümündə 39 yaşlı müdafiəçi 27 matçda iştirak edib, 3 qol vurub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0