Qurban Qurbanov: “Hazırlığımızı bu oyunla tamamladıq”
03.10.2026 - 23:43
Qurban Qurbanov: “Hazırlığımızı bu oyunla tamamladıq”

“Qarabağ” yoxlama oyunu çərçivəsində “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib:

“Pis oyun alınmadı. İstərdik ki, bəzi futbolçularımız da burada olsun, bəzi oyunçularımız da sonadək oynasınlar. Amma müəyyən səbəblərə görə bir az çatışmazlıq oldu. Komandaya lazım olan yükləməni verdik. Hazırlığımızı bu oyunla tamamladıq. Temp və mübarizənin olduğu maraqlı oyun alındı. 50-60 dəqiqə çempionat matçından fərqlənmədi. Ümumilikdə, tam razı qaldım”.