Valdas Dambrauskas: “Barselona”da zəif tərəf tapmaq çətindir”
24.11.2026 - 18:13
Valdas Dambrauskas: “Barselona”da zəif tərəf tapmaq çətindir”

UEFA Çempionlar Liqasının V turunda “Sabah” “Barselona” ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

- Rəqib dünya nəhəngi "Barselona"dır. Uğurlu çıxış etmək üçün hansı amillər önəmlidir?
- Oyundan zövq almalıyıq. Təbii ki, onların titullarını, gücünü bilirik. Zəif tərəf tapmaq çətindir. Müdafiədə boşluqlar var. Amma inanıram ki, üstəsindən gələcəyik.

- Lamin Yamalın olmaması ilə bağlı nə deyə bilərsiz? Sizə görə heyətdəki ən yaxşı futbolçu hansıdır?
- Azərbaycan azarkeşləri adına üzüldüm. Hər kəs onu görmək istəyirdi. Dünya futbolunun ikonlarından biridir. Başa düşürəm ki, hər oyunda meydana çıxmaq mümkün deyil. Həmçinin bu, Hansi Flik üçün də problem olmayacaq. Onun superulduzlardan ibarət heyəti var. Biz də əlimizdən gələni edəcəyik.