“İmişli” “Şəfa” ilə heç-heçə edib
03.10.2026 - 19:03
“İmişli” “Şəfa” ilə heç-heçə edib

Yeni mövsümün hazırlıqlarını davam etdirən “İmişli” növbəti sınaq matçına çıxıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi “Şəfa” ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

“İmişli”nin yeganə qoluna Azər Salahlı imza atıb. “Şəfa”nın heyətində isə Elnur Cəfərov fərqlənib.