İsmail Kartal: “Qələbə və ya məğlubiyyət önəmli deyildi”
03.10.2026 - 23:17
İsmail Kartal: “Qələbə və ya məğlubiyyət önəmli deyildi”

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal “Turan Tovuz”la Bakıda keçirilən yoxlama oyununu şərh edib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri görüşün əsas məqsədinin qardaşlıq əlaqələrini möhkəmləndirmək olduğunu bildirib:

“Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edərək buraya gəldik. 2:0 hesabı ilə qalib gəldik. Bu oyunda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi. Əsas olan əlaqələrimizi möhkəmləndirmək idi”.