16 Mart 20:02 Tura sükutla start verildi - FOTO
FUTBOL xəbərləri 16 Mart 20:02
792 baxış

Tura sükutla start verildi - FOTO

Bu gün futzal üzrə Yüksək Liqada XXI turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, tura sükutla start verilib.

 

Belə ki, Bakı İdman Sarayında "Marafon Futsal”la “Neftçi” arasında baş tutan qarşılaşmadan əvvəl AFFA-nın Məşqçilər Komitəsinin üzvü, "Neftçi"nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevin vəfatı ilə əlaqdar bir dəqiqəlik sükut elan edilib.

 

Qeyd edək ki, bu gün keçirilən oyunlarda "Marafon Futsal”la “Neftçi” bərabərə qalıb (1:1), EKOL isə "Yasamal" FK üzərində 10:2 hesablı qələbə qazanıb.

Xəbər lenti