[b]Türkiyə kubokunu qazandırıb ayrıldı[/b]
14.06.2018 - 15:51
[b]Türkiyə kubokunu qazandırıb ayrıldı[/b]

Türkiyə klubu “Akhisar”da ayrılıq baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Okan Buruk klubla vidalaşıb.

Buna səbəb rəhbərliyin müqavilə şərtlərini yaxşılaşdırmamasıdı. Komandaya Türkiyə kubokunu qazandıran Buruk yeni müqavilə üçün maaşının artırılmasını tələb edib. Klub buna razı olmadığından, tərəflər yollarını ayırıb.

Qeyd edək ki, Okan Burukun “Akhisar”da illik maaşı 2 milyon lirə idi.

0