20 Noyabr 16:38 “Vest Bromviç” baş məşqçisi ilə yollarını ayırdı
FUTBOL xəbərləri 20 Noyabr 16:38
321 baxış

“Vest Bromviç” baş məşqçisi ilə yollarını ayırdı

İngiltərə Premyer Liqasında XII turun oyunlarından sonra baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytı xəbər verir ki, “Vest Bromviç” Toni Pulislə yollarını ayırıb.

 

Buna XII turda doğma meydanda “Çelsi”yə  0:4 hesablı məğlubiyyət səbəb olub. Qarşılaşmadan sonra “Vest Bromviç” rəhbərliyi Pulisi istefaya göndərib.  

 

Qeyd edək ki, ilk 12 turda cəmi 10 xal toplayan “Vest Bromviç” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər lenti