[b]Yarım mövsüm gözlədi, “Milan”a keçdi[/b]
28.05.2018 - 00:43
[b]Yarım mövsüm gözlədi, “Milan”a keçdi[/b]

Xorvatiya millisinin futbolçusu İvan Striniç klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi “Sampdoriya”dan “Milan”a keçib.

 

Bunu futbolçunun özü açıqlayıb. O bildirib ki, yeni klubu ilə 3 illik anlaşıb.

 

Striniç “Milan”la danışıqlara hələ qışda başlasa da, tərəflər keçidi yarım mövsümlük təxirə salmışdı. Bu da milanlıların müdafiəçini azad agent kimi heyətinə qatmaq istəyi ilə bağlı idi.

 

Qeyd edək ki, artıq müqaviləsi başa çatan İvan A seriyasının son mövsümündə 17 oyun keçirib.

 

0