[b]Yeni ənənə və evdə quru hesablı qələbə[/b]
20.06.2018 - 14:46
[b]Yeni ənənə və evdə quru hesablı qələbə[/b]

Azərbaycan klublarının avrokuboklarda lüksemburqlularla görüşməsi yeni ənənəyə çevrilib. Apasport.az saytının məlumatına görə, 2016-cı ilədək görüşməyən iki ölkə təmsilçiləri son iki mövsümdə 3 duelə çıxmışdı.

Bugünkü püşkün “Proqres”lə üz-üzə qoyduğu “Qəbələ” 4-cü duelin iştirakçısı olacaq. Hər iki komanda ilk dəfə bu ölkədən olan rəqiblə görüşür.

İlk Azərbaycan – Lüksemburq dueli Çempionlar Liqasına təsadüf edib. “Qarabağ” evdə məğlub etdiyi “Düdelanj”la səfərdə bərabərə qalaraq mərhələni keçib.

Ötən il isə Avropa Liqasında iki duel baş tutub. “Zirə” “Differdanj”ı hər iki oyunda məğlub edibsə, indiki “Keşlə” “İnter” adı ilə üzüntü yaşayıb. Bakılılar evdə məğlub etdiyi “Fola”dan böyükhesablı məğlubiyyət alıb.

Üç dueldən ikisində Azərbaycan, birində Lüksemburq klubu mərhələ keçib. Bizimkilər 4, rəqib 1 qələbə qazanıbsa, 1 dəfə heç-heçə qeydə alınıb. Top fərqi də klublarımızın lehinədi – 9:6.

Maraqlıdı ki, 4-cü dəfə də ilk oyun Azərbaycanda keçiriləcək. Evdəki bütün oyunlarda qalib gələn təmsilçilərimiz qol da buraxmayıb.

 

2016/17 mövsümü, Çempionlar Liqası

Qarabağ - Düdelanj (Lüksemburq) – 2:0, 1:1

2017/18 mövsümü, Avropa Liqası

Zirə - Differdanj (Lüksemburq) – 2:0, 2:1

İnter - Fola (Lüksemburq) – 1:0, 1:4

0