Yunis Hüseynov istefaya göndərildi
01.11.2012 - 00:28
Yunis Hüseynov istefaya göndərildi
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefaya göndərilib. Apasport.az saytının xəbərinə görə, bu haqda qərar Topaz Premyer Liqasının XI turunda “Sumqayıt”la səfər matçından (1:1) sonra verilib.

Belə ki, həmin heç-heçədən narazı qalan klub rəhbərliyi Yunis Hüseynovla görüşüb. Görüşdə cari mövsümün I dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub.

İclasın yekununda "Xəzər Lənkəran" rəhbərliyi və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər.

Klub rəhbərliyi Yunis Hüseynova məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək, ona gələcək karyerasında uğurlar arzulayıb.

Yeni baş məşqçi təyin olunana qədər futbolçuların hazırlığı müvəqqəti olaraq baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilib.
0