24 Oktyabr 01:05 Zaqreb fatehləri - VİDEO
FUTBOL xəbərləri 24 Oktyabr 01:05
559 baxış

Zaqreb fatehləri - VİDEO

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, mötəbər yarışda Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq tarixi uğura imza atıb.

 

Ölkəmizi təmsil edən Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zaqrebdə onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

 

Digər təmsilçilərimiz Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) dünya çempionatının gümüş medallarına sahib olublar.

 

Xanım cüdoçularımızdan Nəzakət Əzizova (52 kq) isə mötəbər yarışın bürünc medalını qazanıb.

 

Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.

 

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

 

Cüdo TV yarışdan hazırlanmış videoreportajı təqdim edir.

Xəbər lenti