14 Sentyabr 14:58 “Zirə” yeni prezidentini seçdi
FUTBOL xəbərləri 14 Sentyabr 14:58
960 baxış

“Zirə” yeni prezidentini seçdi

“Zirə”nin yeni prezidentinin adı açıqlanıb. Apasport.az-ın Bakı komandasının rəsmi saytına istinadən məlumatına görə, klubdaxili iclasdan sonra yeni rəhbər müəyyənləşib.

 

Klubun yaradılmasının əsas təşəbbüskarı olan son prezident Orxan Məmmədov fəxri-prezident seçilib. Boş qalan rəhbər postuna buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov gətirilib.

 

Paytaxt təmsilçisində icraçı direktor vəzifəsini bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.

Xəbər lenti