[b]“Bakı”nın sabiq futbolçusu rəsmən Türkiyə klubunda! - FOTO[/b]
23.01.2015 - 20:12
[b]“Bakı”nın sabiq futbolçusu rəsmən Türkiyə klubunda! - FOTO[/b]

Qış transfer dönəmində “Bakı”dan ayrılaraq azad agent statusuna malik olan Cəmşid Məhərrəmov bundan sonra karyerasını Türkiyə çempionatında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçusu PTT I liqa təmsilçisi “Adanaspor”a keçib.

 

Məhərrəmov “Rəvan”ın keçmiş baş məşqçisi, hazırda sözügedən klubu çalışdıran Güvənc Kurtarın komandası ilə 1.5 illik müqavilə imzalayıb. Cəmşidin yanvarın 25-də yığmamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” ilə oyuna çıxması gözlənilir.

 

Qeyd edək ki, “Adanaspor” Cəmşid Məhərrəmovdan başqa, Morrison Nduka ilə də (1.5 illik) müqavilə bağlayıb.

0