[b]“Qəbələ” portuqaliyalı futbolçu ilə yollarını ayırdı[/b]
23.01.2015 - 23:20
[b]“Qəbələ” portuqaliyalı futbolçu ilə yollarını ayırdı[/b]

“Qəbələ” yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2014-2015 mövsümünün startından "qırmızı-qara" formanı geyinən futbolçunun əyalət təmsilçisinin heyətindəki yarımillik karyerası başa çatıb.

 

2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında komandanın heyətində 14 oyun keçirib. Ötən ilin avqustun 10-da keçirilən Topaz Premyer Liqasının I turunun “İnter”lə oyununda (0:4) “Qəbələ” formasında debüt edən Pinto 13 çempionat matçında 458 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib.

 

Pireneyli futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Yazaldenin “Qəbələ”də son matçı olub.

 

“Qəbələ” Qomeş Yazalde Pintoya “qırmızı-qara” forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

0