[b]Anar Bəkirov: Bizi düşündürən çox top buraxmağımızdı - MÜSAHİBƏ[/b]
25.01.2015 - 00:10
[b]Anar Bəkirov: Bizi düşündürən çox top buraxmağımızdı - MÜSAHİBƏ[/b]

“Simurq” klubunun prezidenti Anar Bəkirovun apasport.az saytına müsahibəsi

 

- Antalya toplanışına “Volın” üzərinə qələbə ilə yekun vurdunuz. İki həftəlik hazırlığı necə dəyərləndirirsiniz?

- Toplanış planauyğun şəkildə baş tutdu. Gündəlik məşqlərlə yanaşı, 5 yoxlama oyunu da keçirdik. Bunların ikisində uduzduq. Əlbəttə, bizi qapımızdan çox top burxamağımız düşündürür. Bunun da yoluna qoyulacağına inanırıq. Fasilə zaman heyətimizi 2 futbolçu ilə gücləndirdik. Elnur Abdullayev güclü futbolçularımızdandı. Digər transferimiz isə Xuan Alvarado oldu. Təcrübəli futbolçudu və komandamıza kömək edəcəyinə inanıram.

 

- Yoxlama görüşlərində qeydə alınan nəticələrə görə necə, narahatsınızmı?

- Bu cür oyunlar yoxlama xarakteri daşıyır. Yenə deyirəm, buraxdığımız qolların sayının çox olması düşündürür. Amma oyun planında komanda pis təsir bağışlamadı.

 

- Transfer çalışmalarınız bu 2 futbolçu ilə yekunlaşacaq?

- Danışıq apardığımız futbolçular da var. Alınsa, başqa futbolçu da dəvət edəcəyik. Hazırda danışıqlar davam etdiyindən, başqa açıqlama vermək istmirəm.

 

- Ötən həftə Antalyada səfərdə olan Məşqçilər Komitəsinin üzvləri ilə görüşdünüz. Bu görüş barədə nə deyə bilərsiniz?

- Maraqlı görüş oldu. Müxtəlif təkliflər səsləndirildi. Təbii ki, bunlar futbolumuzun inkişafı üçün lazım olan təkliflərdi.

 

- Hansı təkliflər oldu?

- Məşqçilər Komitəsinin üzvlərini əsasən gənc futbolçuların daha çox oynamasına necə nail olmaq narahat edirdi. Onlar limitə də toxundular. Düzdür, limitə görə yaşla əlaqədar bəzi futbolçular heç rəqabət aparmadan əsas heyətdə yer alırlar. Bu da süni artım olur. Çünki rəqabət olmayan yerdə keyfiyyət olmaz. Həmin futbolçular limitə görə məcburən oynadılırlar. Komitə üzvləri də bir neçə təklif səsləndirdi. Bir sözlə, görüşümüz maraqlı alındı.

 

- Limitlə bağlı məsələ son günlərdə çox aktuallaşıb. Siz hansı sistemin tərəfdarısınız?

- Ötən mövsüm “7+4” sistemi ilə oynayırdıq, cari çempionatda “6+5”ə üstünlük verilir. Yerli oyunçularımız çox olduğundan, bu sahədə problemimiz yoxdu. Belə deyək də, bizim artıq oturuşmuş sistemimiz yaranıb. Yenidən dəyişiklik olarsa, sistemimizi pozmalı olacağıq. Halbuki, bizdə İlkin, Tural, Rəşad üzə çıxdı. Murad Səttarlı da hizdə yaxşı oynayırdı. Sonra “Qarabağ”a getdi və heyətə düşə bilmədi.

 

- Amma yeni mövsüm üçün “8+3” variantı haqda danışılır. Bunu da daha çox yerli futbolçuların süni qiymət artımının qarşısını almaq üçün edirlər...

- Belə bir problem var. Amma müəyyən dəyişikliyin olduğu da danılmazdı. Məsələn, vaxtilə futbolçulara yüksək məbləğ ödəyən “Bakı” bu gün gənclərə şans verir ki, bu da müsbət məqamdı. “Xəzər Lənkəran”da yüksək ödənişli futbolçulardan imtina etdi. Bu isə gənclərin özlərini göstərməsinə imkan yaradacaq.

 

- Cari mövsümdən meydana çıxan “11-lik”də mütləq 5 yerli futbolçu olmalıdı. Bu limitin tətbiqi “futbolçu bazarı”na təsir etdimi?

- Əlbəttə... Süni qiymət artımı yaranmışdı. Bilirlər ki, limitə görə 5 yerli futbolçu oynamalıdı. Bu isə ötən mövsümlə müqayisədə bir nəfər çox deməkdi.  

0