“Qarabağ” “Legiya” ilə oyuna hazırlaşır
26.01.2015 - 16:41
“Qarabağ” “Legiya” ilə oyuna hazırlaşır

Ağdamın “Qarabağ” klubunun  Antalyada keçirilən təlim-məşq toplanışı davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlığın növbəti günündə komanda proqramında 1 məşq baş tutub.

 

Əyalət klubu ənənəvi olaraq səhər məşqinə Bakı vaxtla 13:00-da başlayıb. Komandanın çalışması 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından iki qrupa bölünən futbolçular Qurban Qurbanovun tapşırıqlarını yerinə yetiriblər.

 

Qeyd edək ki, “Qarabağ” sabah növbəti  yoxlama oyununa çıxacaq. Rəqib Polşa təmsilçisi “Legiya”  olacaq. Oyun Bakı vaxtıyla 16:00-da başlayacaq.

0