[b]"Qarabağ" ilk qələbəsini qazandı[/b]
27.01.2015 - 17:48
[b]"Qarabağ" ilk qələbəsini qazandı[/b]


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Legiya” klubu ilə görüşüb.

 

Hazırlıq çərçivəsində 4-cü matçını keçirən Azərbaycan çempionunun qonşu ölkədə ilk qələbəsini qazanıb.

 

Belə ki, ilk yarıda Polşa çempionunun müqavimətini qıra bilməyən “Qarabağ” fasilədən sonra Reynaldo və Cavid Tağıyevin qolları ilə rəqibini məğlub edib – 2:0. Braziliyalı 67-ci dəqiqədə hesabı açıb. Tağıyev isə 78-ci dəqiqədə meydana daxil olduqdan cəmi 4 dəqiqə sonra fərqlənib.

 

Bu qarşılaşmayadək Qurban Qurbanovun yetirmələri 3 oyun keçirsə də, qalib gələ bilməmişdi. Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan təmsilçisi “Levski”yə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” İsveçrə “Sürix”i ilə “sülh" bağlayıb” - 1:1.

 

 

27 yanvar

“QARABAĞ” (AZƏRBAYCAN) – “LEGİYA” (POLŞA) - 2:0
Qol: Reynaldo, 67, Tağıyev, 82

“Legiya”: Lukas Budzilek, Bartos Bereszinski, Mateus Veteska, Taye Tayvo, Rafal Makovski, Dominik Durman, Bartlomey Kalinkovski, Lukas Moneta, Adam Riçzovski, Yakub Koseçki, Marek Saqanovski

Ehtiyat oyunçular: Konrad Yaloçka, Norbert Misiak, Filip Karbovi

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Reynaldo Silva, Muarem Muarem, Rəşad Sadıqov, Vüqar Nadirov, Riçard Almeyda, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, Ağaseyid Qasımov, Elçin İsmayılov, İlqar Qurbanov, Fuad Məmmədzadə, Tural Rzayev, Tural İsgəndərov

0