Son oyunda məğlubiyyət
27.01.2015 - 19:45
Son oyunda məğlubiyyət

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunadək 3 matça çıxan Luis Araqonun komandası bu dəfə Asiya təmsilçisi ilə üz-üzə gəlib.

 

Belə ki, “qırmızı-qaralar” Cənubi Koreya təmsilçisi “Jeju Yunayted”lə qarşılaşıb.

 

“Qəbələ” Antalya toplanışında keçirdiyin son yoxlama oyunundan məğlubiyyətlə ayrılıb. Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” 2 qol vursa da, sonda məğlub olub – 2:5. Komandanın heyətində Müşfiq Teymurov və Vəzir Musayev fərqləniblər.

 

Bu məğlubiyyət əvəzedicilərin Antalyada 3-cü yenilgisi olub. Bunadək Araqonun komandası Qazaxıstan “Tobol”u və Qana “Liberti”sinə eyni - 0:2 hesabı ilə uduzub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurub – 1:1.

0