[b]Dünyanın ən bahalı futbolçulardan ibarət komandası[/b]
28.01.2015 - 17:26
[b]Dünyanın ən bahalı futbolçulardan ibarət komandası[/b]

Dünyanın ən bahalı komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, transfer qiymətlərinin yüksək olan 11 futbolçudan ibarət rəmzi komanda tərtib olunub.

 

Ümumi qiyməti 565 milyon funt sterlinq olan “11-lik” 4-3-3 taktiki sxemi ilə qurulub. Bu komandanın hücum xətti daha möhtəşəm təsir bağışlayır. Belə ki, 3 forvardın ümumi dəyəri 240 milyon funt sterlinqdi.

 

Lionel Messi və dünya çempionu Almaniyanın futbolçularından heç biri bu komandaya daxil edilməyib. Buna səbəb onların transferlərinin fantastik məbləğ qarşılığında baş tutmamasıdı.

 

Qapıçı

Canluici Buffon – 32 milyon funt sterlinq (“Parma”dan “Yuventus”a)

 

Müdafiəçilər

Lyuk Şou – 31,5 milyon funt sterlinq (“Sauthempton”dan “Mançester Yunayted”ə)

David Luis – 50 milyon funt sterlinq (“Çelsi”dən PSJ-ə)

Tyaqu Silva – 33,7 milyon funt sterlinq (“Milan”dan PSJ-ə)

Dani Alves – 23 milyon funt sterlinq (“Sevilya”dan “Barselona”ya)

 

Yarımmüdafiəçilər

Xavi Martines – 32,1 milyon funt sterlinq (“Atletik”dən “Bavariya”ya)

Anxel di Mariya – 59,7 milyon funt sterlinq (“Real”dan “Mançester Yunayted”ə)

Hames Rodriges – 63 milyon funt sterlinq (“Monako”dan “Real”a)

 

Hücumçular

Qaret Beyl – 85 milyon funt sterlinq (“Tottenhem”dən “Real”a)

Ktiştianu Ronaldo - 80 milyon funt sterlinq (“Mançester Yunayted”dən “Real”a)

Luis Suares - 75 milyon funt sterlinq (“Liverpul”dan “Barselona”ya)

 

0