“Çelsi”nin hücumçusunu cəza gözləyir
28.01.2015 - 20:43
“Çelsi”nin hücumçusunu cəza gözləyir

“Çelsi”nin futbolçusu Dieqo Kosta cəzalana bilər. Apasport.az saytının məlumatına görə, buna ötən gün İngiltərə Liqa kubokunun “Liverpul”la yarımfinal mərhələsinin cavab matçında qonaqların oyunçusu Əmrə Cana qarşı kobudluq etməsi səbəb olub.

 

“Zadəganlar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə “qızmızılar”ın yarımmüdafiəçisinin ayağını basan ispaniyalı hücumçunun bu hərəkəti oyunun baş hakimi Maykl Oliverin gözündən yayınıb. Lakin İngiltərənin Futbol Assosiasiyası həmin epizoda yenidən baxıb, son qərarını verəcək. Əgər qərar tətbiq edilsə, Kosta 3 oyunluq cəzalanacaq.

 

Qeyd edək ki, “Çelsi” Premyer Liqanın növbəti 3 turunda “Mançester Siti”, “Aston Villa”  və “Everton”la qarşılaşacaq.

0