[b]"Neftçi"dən 4-cü transfer[/b]
30.01.2015 - 18:39
[b]"Neftçi"dən 4-cü transfer[/b]

“Neftçi” qış “transfer pəncərəsi”nin son günlərində daha bir transferi reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar” Əziz Quliyevlə müqavilə imzalayıblar.

 

Razılaşmaya əsasən, Quliyev qarşıdakı 1,5 il ərzində paytaxt klubunun formasını geyinəcək. Azərbaycan milli komandasının da şərəfini qorumuş futbolçu “Neftçi”yə keçidi ilə bağlı fikirlərini bölüşüb: “Mənə “Neftçi” kimi iddialı klubda çıxış etmək şansı verildiyi üçün şadam. Çalışacağam ki, oyunumla həm kluba faydalı olum, həm də yenidən milli komandaya dəvət alım”.

 

Qeyd edək ki, Əziz Quliyev "Neftçi”nin qış transferi dövründə heyətinə qatdığı 4-cü futbolçu olub. Arif Əsədovun komandası bundan öncə Aqil Məmmədov, Rauf Əliyev və Rəhman Hacıyevlə müqavilə bağlamışdı.

 

0