Liderlər qalib gəldi, “Valensiya” büdrədi - YENİLƏNİB
03.02.2015 - 09:04
Liderlər qalib gəldi, “Valensiya” büdrədi - YENİLƏNİB

İspaniya La Liqasında XXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son qarşılaşmada “Malaqa” ilə “Valensiya” üz-üzə gəlib.

 

Bu qarşılaşmanın taleyini 1 qol həll edib. Meydan sahiblərinin qələbəsi “yarasalar”ın 4-cü pilləni itirməsi ilə nəticələnib.

 

Bu oyunadək liderlər qrupunda qərarlaşan bütün komandalar qalib gəlmişdi. Turun  açılış matçında “Rayo Valyekano” evdə “Deportivo”nu sınağa çəkib. Görüşdə La-Korunya təmsilçisi 1:2 hesabı ilə qalib gəlib.

 

“Real” doğma azarkeşləri önündə “Real Sosyedad”ı qəbul edib. Karlo Ançelottinin yetirmələri rəqibinə divan tutub – 4:1. Madridin digər klubu “Atletiko” səfərdə “Eybar”ın qonağı olub. “Land of fire Azerbaijan” formalı komanda 1:3 hesabı ilə rəqibini məğlub edib.

 

Millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” evdə “Elçe” ilə üz-üzə gəlib. Meydan sahibləri minimal hesablı qələbəyə sevinib.

 

İspaniya kubokunun 1/4 finalında “Atletiko”nu məğlub edib, yarımfinala yüksələn “Barselona” “Nou Kamp”da “Vilyarreal”la qarşılaşıb. Oyuna yaxşı başlamayan kataloniyalılar hesabda geri düşüb. Lakin daha sonra Neymar (45), Rafina (54) və Lionel Messinin vurduğu qollar stadiona toplaşan azarkeşləri sevindirib - 3:2.

 

İspaniya La Liqası

XXI tur

30 yanvar

“Rayo Valyekano” – “Deportivo” - 1:2

Qollar:  Bueno, 22 - Borqes, 10; 72-pen

 

31 yanvar

“Real” – “Real Sosyedad” - 4:1

Qollar: Xames Rodriqes, 3, Serxio Ramos, 37, Benzema, 52; 76 - Elustondo, 1

 

“Eybar” – “Atletiko” - 1:3

Qollar: Piovaccari, 89 - Qriezmann, 7, Mandjukiç, 23; 25

 

“Qranada” – “Elçe” - 1:0

Qol: Kordoba, 56

 

“Selta” – “Kordoba” - 1:0

Qol: Nolito, 56

 

1 fevral

“Levante” – “Atletik” - 0:2

Qollar: Aduris, 48; 90

 

“Almerya” – “Xetafe” - 1:0

Qol: Mendes, 44

 

“Sevilya” – “Espanyol” - 3:2

Qollar: Fiqyeyras, 26, Vitolo, 35, Aspas, 89 – Stuani, 15-pen, Sançes, 77

 

“Barselona” – “Vilyarreal” - 3:2

Qollar: Neymar, 45, Rafina, 54, Messi, 55 - Çerişev, 30 , Vietto, 51

 

2 fevral

“Malaqa” – “Valensiya” – 1:0

Qol: Kastilyexo, 75

  

1.

Real

20

17

0

3

68:17

51

2.

Barcelona

21

16

2

3

57:11

50

3.

Atletiko

21

15

2

4

43:20

47

4.

Sevilya

20

13

3

4

34:22

42

5.

Valensiya

21

12

5

4

38:19

41

6.

Vilyarreal

21

11

5

5

35:20

38

7.

Malaqa

21

10

5

6

24:21

35

8.

Eybar

21

7

6

8

25:29

27

9.

Espanyol

21

7

5

9

27:32

26

10.

Selta

21

6

6

9

20:23

24

11.

Atletik

21

6

5

10

18:26

23

12.

Rayo Valyekano

21

7

2

12

22:38

23

13.

Real Sosyedad

21

5

7

9

21:28

22

14.

Deportivo

21

5

6

10

18:34

21

15.

Xetafe

21

5

5

11

16:29

20

16.

Almeriya

21

5

4

12

18:33

19

17.

Kordoba

21

3

9

9

16:31

18

18.

Qranada

21

3

9

9

14:33

18

19.

Elçe

21

4

5

12

18:42

17

20.

Levante

21

3

7

11

13:37

16

 

0