Əfsanəvi futbolçuya 5 ölkədən dəstək
31.01.2015 - 00:35
Əfsanəvi futbolçuya 5 ölkədən dəstək

FİFA prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayan Portuqaliya yığmasının, həmçinin “Barselona”, “Real” və “İnter”in sabiq yarımmüdafiəçisi Luiş Fiquya 5 ölkədən dəstək gəlib. Apasport.az saytının məlumatına görə, əfsanəvi oyunçuya mayın 29-da ali futbol qurumuna rəhbər postuna keçiriləcək seçkilərdə Danimarka, Lüksemburq, Makedoniya, Çernaqoriya və Polşa səs verəcək.

 

Bundan başqa, Fiqunu öz doğma ölkəsi də dəstəkləyəcək.

 

Qeyd edək ki, 1998-ci ildən FİFA prezidenti vəzifəsini icra edən Blatter ardıcıl 5-ci dəfə bu posta namizədliyini irəli sürüb. Onun rəqibləri Luiş Fiqu ilə yanaşı, Jerom Şampan, Əli ibn Əl-Hüseyn, David Jinola və Mixael van Praaq olacaq.

0