Bakı klubunun taleyi çexiyalılar həvalə olundu
31.01.2015 - 13:06
Bakı klubunun taleyi çexiyalılar həvalə olundu

Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının ABU klubunun Serbiya “Knyaz Miloş”u ilə görüşü avstriyalı ədalət təmsilçilərinə həvalə olunub.

 

Belə ki, fevralın 14-də və 15-da səfərdə baş tutacaq oyunlarda komandamızı meydana Denis Boliçlə Kristof Huriç çıxaracaqlar. Onların hərəsi bir dəfə əsas referi funksiyasını yerinə yetirəcəklər. Bosniya və herseqovinalı Ariyana Voyiç isə EHF nümayəndəsi olacaq.

 

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

0