[b]Arif Əsədov məğlubiyyətin səbəbini açıqladı[/b]
31.01.2015 - 17:32
[b]Arif Əsədov məğlubiyyətin səbəbini açıqladı[/b]

“Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər vardı. 4 oyunçunun xidmətindən məhrum idim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Topaz Premyer Liqasının XIX turunda AZAL-ın qonağı olan “Neftçi” 1:2 hesabı ilə məğlub olub. Əsədov qalib gələ bilməmələrini yetirmələrinin səhvləri ilə əlaqələndirib: "Görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq. Elşən Abdullayevin tez əvəzlənməsi hücumdakı təzyiqin artırılmasına hesablanmışdı. Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və Elşəni əvəzlədik”.

Mənbə: pfl.az  

0