[b]“Karşıyaka” xal itirdi, Mahir Şükürov cəzalandırıldı[/b]
31.01.2015 - 23:10
[b]“Karşıyaka” xal itirdi, Mahir Şükürov cəzalandırıldı[/b]

Millimizin müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” Türkiyə PTT I liqasının XVIII turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası səfərdə “Antalyaspor”la qarşılaşıb.

 

Matçda qalib müəyyənləşməyib. Hərəyə2 top vuran tərəflər meydanda sülh bağlayıb – 2:2. Şükürov meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, görüşün 53-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

 

Beləliklə, aktivinə 1 xal yazdıran “Karşıyaka” 26 xalla turnir cədvəliin 7-ci pilləsində yer alır.

0