Eddi İsrafilov yenə oynamadı, komandası 4 pillə irəlilədi
01.02.2015 - 02:08
Eddi İsrafilov yenə oynamadı, komandası 4 pillə irəlilədi

İspaniya La Liqasında XXI turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” doğma azarkeşləri önündə “Elçe”ni sınağa çəkib.

 

Matçda ev sahibləri minimal hesablı qələbəyə sevinib - 1:0.

 

Bu matçda İsrafilov yenə meydana çıxmayıb. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı son bir neçə turda olduğu ki, görüşün protokoluna salınmayıb.

 

Beləliklə, aktivinə 3 xal yazdıran (19 xal) “Qranada” sonuncu yerdən qurtulub, 4 pillə irəliləyərək, 16-cı sıraya yüksəlib.

0