[b]“Qarabağ” liderliyini möhkəmlətdi, “Neftçi” uğursuz seriyaya son qoydu[/b]
11.02.2015 - 17:51
[b]“Qarabağ” liderliyini möhkəmlətdi, “Neftçi” uğursuz seriyaya son qoydu[/b]

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə 3 görüş baş tutub.

 

Maraqlıdı ki, bu turda məhsuldarlıq aşağı olub. Bu gün keçirilən 3 görüşdə qapılara ümumilikdə 3 qol vurulub.

 

Öncə meydana autsayderlər çıxıblar. “Bakı” doğma publika önündə “Sumqayıt”la üz-üzə gəlib. Ardıcıl 4 matçdı meydanı məğlubiyyətlə tərk edən “zolaqlılar” 10 oyunluq qalibiyyət həsrətinə, “gənclik şəhəri” təmsilçisi isə 4 oyunluq qələbəsiz görüşlər seriyasına son qoymaq niyyətində idi. Lakin hər iki komanda yenə qalibiyyətə həsrət qalıb. Çünki oyun başladığı hesabla da başa çatıb.

 

III dövrəyə uğurlu start götürən AZAL lider “Qarabağ”ı qəbul edib. 2015-ci ildə xal itirməyən iki komandanın ilk 2 dövrədəki qarşılaşmalarında Ağdam təmsilçisi güclü olmuşdu. “Neftçi” və “Qəbələ” üzərində ardıcıl iki qələbə qazanan “təyyarəçilər” seriyanın davamı, “Qarabağ” isə liderliyini bir qədər də möhkəmlətmək barədə düşünürdü. Reynaldo Silvanın ikinci hissədə vurduğu qol qarşılaşmada həlledici olub və “Qarabağ” çempionluq yolunda növbəti vacib 3 xalını qazanıb.

 

Tura “böyük oyun”la yekun vurulub. “Bakcell Arena”da “Neftçi” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Cənub təmsilçisi 2015-ci ildə ilk xalını paytaxt klubundan almaq əzmində idi. Ardıcıl 3 oyunda qələbə qazana bilməyən “ağ-qaralar” isə liderdən uzaq düşməmək üçün mütləq qalib gəlməli idi. Əsası gənclərdən qurulan “Xəzər Lənkəran” birinci hissədə rəqibi ilə başabaş mübarizə aparsa da, sonda təcrübə öz sözünü deyib və “Neftçi” uğursuz seriyaya son qoyub. Paytaxt təmsilçisi bir gün əvvəl “Simurq”a təhvil verdiyi üçüncülüyü də geri qaytarıb.

 

Qeyd edək ki, “İnter”in istirahət etdiyi turda “Simurq” dünən Zaqatalada “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

 

 

Topaz Premyer Liqası

XXI tur 

11 fevral (çərşənbə)

 

“Neftçi” – “Xəzər Lənkəran” - 2:0

QOLLAR: Vobay, 65; Məsimov, 68

İlk 2 dövrədəki oyunlar: 1:0, 2:2
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”

 

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov
Baş məşqçi: Arif Əsədov

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 20. Elsevər Bəkirzadə, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov

 

“Bakı” – “Sumqayıt” - 0:0

İlk 2 dövrədəki oyunlar: 1:2, 1:1

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakı”nın təlim-məşq bazasının stadionu

 

“Bakı”: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 56. Qeyrət Əliyev, 4. Ülvi Süleymanov, 7. Nuran Qurbanov, 45. Mahir Mədətov, 10. Nurlan Novruzov, 85. Jaba (k)

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 11. Tural Qürbətov, 2. Nicat Əsgərov

Baş məşqçi: İbrahim Uzunca

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev, 77. Təvəkkül Məmmədov

Baş məşqçi: Aqil Məmmədov

 

AZAL – “Qarabağ” - 0:1

QOL: Reynaldo, 57
İlk 2 dövrədəki oyunlar: 0:3, 1:2
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər:  Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-İnspektor: Şahin Cəfərov
“AZAL Arena”


AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 15. Oskars Klava, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov  

 

 

 

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

18

12

4

2

34-18

40

2

İnter

18

8

9

1

28-8

33

3

Neftçi

18

8

6

4

22-14

30

4

Simurq

19

8

4

7

29-22

28

5

AZAL 

18

6

5

7

21-27

23

6

Qəbələ

19

5

7

7

21-27

22

7

Xəzər L 

19

5

5

9

23-26

20

8

Sumqayıt

18

4

5

9

19-27

17

9

Bakı

19

2

5

12

14-42

11


 

Bombardirlər: Nurlan Novruzov ("Bakı") - 10 qol, Draqan Çeran ("Simurq") - 9 qol, Mikel Alvaro (“İnter”) - 8 qol

0