Şəhriyar Məmmədyarov yenə “qara”larla sevindi
18.02.2015 - 09:15
Şəhriyar Məmmədyarov yenə “qara”larla sevindi

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Qran-pri turnirində növbəti turun matçlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın III oyun günündə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandığı halda, Teymur Rəcəbov heç-heçə ilə kifayətlənib.

 

Belə ki, Məmmədyarov ilk turda olduğu kimi yenə qara fiqurlarla rəqibini mat edib. Həmyerlimiz Dmitri Andreykinə (Rusiya) qalib gəlməklə, xallarının sayını 2-yə çatdırıb.

 

Yığmamızın digər lideri Teymur Rəcəbov isə “sülhsevər”liyini davam etdirib. Təmsilçimiz Pyotr Svidlerlə (Rusiya) xalları yarı bölüb.

 

III tur

Yevgeni Tomaşevski (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) - 1:0

Rüstəm Qasımcanov (Qazaxıstan) – Aniş Giri (Hollandiya) - 0,5:0,5

Dmitri Andreykin (Rusiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1

Pyotr Svidler (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Baadur Jobava (Gürcüstan) – Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) – Leynier Dominques (Kuba) - 0,5:0,5

 

 

Turnir cədvəli: Tomaşevski – 2,5 xal, Giri, Yakovenko, Məmmədyarov – hamısı 2 xal, Qrişuk, Qasımcanov, Rəcəbov, Dominques – 1,5, Andreykin, Svidler, Vaşye-Laqrav – 1, Jobava – 0,5.

 

Qeyd edək ki, IV turda Rəcəbov Yakovenko ilə, Məmmədyarov Tomaşevski ilə üz-üzə gələcək.

0