“Lokomotiv” rəsmən dağıldı
19.02.2015 - 15:22
“Lokomotiv” rəsmən dağıldı

Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda I divizionda çıxışını dayandırmağa qərar verən “Lokomotiv” klubu ilə bağlı məsələ müzakirə olunub.

 

Belə ki, paytaxt təmsilçisi fəaliyyətini dayandırması və növbəti turdan etibarən çempionatda çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi məktub yollayıb. Qurum da bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək, müvafiq qərarın çıxarılmasını bildirib.

 

Bütün bunları nəzərə alaraq, İK “Lokomotiv”in 2014/2015 mövsümündə Azərbaycan çempionatının I divizionundan xaric edilməsi barədə qərar qəbul edib. Klub oyunların 50%-də iştirak etdiyinə görə, “dəmiryolçular”ın nəticələri saxlanılıb və iştirak edəcəyi növbəti matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

 

0