[b]11 ildə 11 dəfə 11 metrlik, və ya penalti görməyən komandamız hansıdı?[/b] - STATİSTİKA
26.02.2015 - 13:12
[b]11 ildə 11 dəfə 11 metrlik, və ya penalti görməyən komandamız hansıdı?[/b] - STATİSTİKA

Topaz Premyer Liqasından hakimlərin penalti təyin etməyə meylli olmaları diqqət çəkir. Elə mövsümün ikinci yarısının ilk iki turunun hərəsində 3 dəfə belə cəzanın tətbiq edilməsi də gözdən yayınmır. Apasport.az saytının apardığı hesablamalara görə, 11 metrlik cərimə zərbələrinin çoxluğunda son 11 mövsümün ən yüksək göstəricisi əldə olunub.

 

2004-cü ildən – Azərbaycan futbolunda yeni dönəmin başladığı, xeyli yeni klubun yarandığı, bəzilərinin adlarını dəyişib, yeni həyata başladığı vaxtdan 11 il ötür. Məhz bu müddəti – 2004/05 mövsümünün startından bu günədək baş tutan Premyer Liqa qarşılaşmalarında təyin olunan penaltilərlə bağlı araşdırmalar bəzi maraqlı məqamları ortaya qoydu.

 

Cari mövsümdə baş tutan 91 qarşılaşmada (təbii ki, nəticəsi ləğv olunan matçlar hesaba alınmamaqla) 31 dəfə “ağ nöqtə”ni göstərən referilər orta hesabla hər matçda 0,34 penalti təyin edib. Bu isə müqayisə edilən 11 mövsümün ən yüksək göstəricisidi. Bunadək rekord 2012/13 mövsümünə aid idi – 0,30. Ən aşağı rəqəm isə 2010/11 mövsümündə qeydə alınıb – 0,15.

 

Ümumilikdə isə 11 mövsümdə 454 penalti qərarı verilib. Bu da hər oyuna 0,22-yə bərabərdi. Bu zərbələrdən 343-ü, yəni təxminən 3/4-ü dəqiq olub. 2009/10 mövsümündə dəqiqlik 88 faizi də adlayıbsa, 2011/12 mövsümündə 62 faizə bərabər olub.

 

Mövsüm

penalti

Dəqiq

Dəqiqlik faizi

oyun

Hər oyuna orta penalti sayı

2004/05

49

37

75,51%

288

0,17

2005/06

43

35

81,40%

182

0,24

2006/07

31

24

77,42%

155

0,20

2007/08

44

31

70,45%

181

0,24

2008/09

38

31

81,58%

182

0,21

2009/10

34

30

88,24%

192

0,18

2010/11

29

24

82,76%

192

0,15

2011/12

50

31

62,00%

192

0,26

2012/13

58

40

68,97%

191

0,30

2013/14

47

35

74,47%

180

0,26

2014/15

31

25

80,65%

91

0,34

Cəmi

454

343

75,55%

2026

0,22

 

Araşdırılan 11 il ərzində ən çox penalti vuran komandalar da üzə çıxıb.  “Ədliyyə” və ABN-nin belə şans qazanmadığı müddətdə prinsipial rəqiblər “Neftçi” və “Xəzər Lənkəran” hamıdan çox – müvafiq olaraq, 55 və 46 dəfə “ağ nöqtə”yə yaxınlaşıb. Amma cənublular rəqibindən daha dəqiq olub. 2004-cü ildən indiyədək penalti vuran 25 komanda arasında ən çox belə imkan qazanan “onluq”da ən yüksək dəqiqlik “İnter”ə məxsusdu.

 

Baxmayaraq ki, “bankirlər” son illərdə, xüsusilə də avrokuboklarda penalti vura bilməməklə diqqət çəkir. İlk “onluğ”un ən zəif penalti vuranı isə “Bakı”dı. Paytaxtın eyniadlı təmsilçisi 18 dəfə qol şansını qaçırıb.

 

Bütün klubların deyil, ən çox penalti vuran 10 komandanın müqayisə olunmağının səbəbi isə cəmi 1-2 və ya 3-4 şans qazananların faiz göstəricisinin 11 illik dövr üçün obyektiv qiymətləndirməyə kifayət etməməsidi.

 

yer

klub

penalti

Dəqiq

Dəqiqlik faizi

1

Neftçi

55

43

78,18%

2

Xəzər Lənkəran

46

37

80,43%

3

Bakı

43

25

58,14%

4

Qəbələ

38

28

73,68%

5

Qarabağ

37

30

81,08%

6

İnter

32

27

84,38%

7

Simurq

29

23

79,31%

8

Turan

28

22

78,57%

9

AZAL

24

19

79,17%

10

Sumqayıt

17

12

70,59%

 

 

11 ildə 26 klub belə zərbə ilə cəzalandırılıb. “Şəmkir” isə penalti vuran, amma qapısına təyin olunmayan yeganə komandadı. Ən çox cəzalananların siyahısına “Turan” başçılıq edir – 41. “Bakı” isə qərblilərdən 5 penalti geri qalır. Amma Tovuz klubunun öz rekordu var. Onlar 14 belə zərbənin qol olmamağının sevincini yaşayıb. “Turan”ın qapısına təyin edilən penaltilərin təxminən 66 faizi dəqiq olub. “Neftçi” isə bu rəqəmin 69 faiz olması ilə öyünməlidi.

 

Ən çox cəzalanan 10 klub arasında uğursuzu “Kəpəz”di. Gəncəlilər penaltilərin 83 faizini buraxıb. “Turan” 14, “Neftçi” və “Simurq” 8, “Bakı”, “Xəzər Lənkəran” və “onluq”da olmayan “Rəvan” 7 dəfə rəqibin xətasını “bayram edib”. Cədvəldə olmayanlardan “Karvan”ın da, “İnter”, “Qəbələ” və “Qarabağ”ın 6 belə uğuru var.

 

yer

klub

penalti

Dəqiq

Dəqiqlik faizi

1

Turan

41

27

65,85%

2

Bakı

36

29

80,56%

3

Xəzər Lənkəran

31

24

77,42%

4

İnter

30

24

80,00%

5

Qəbələ

29

23

79,31%

6

Simurq

28

20

71,43%

7

Neftçi

26

18

69,23%

8

Kəpəz

24

20

83,33%

9

Qarabağ

23

17

73,91%

10

AZAL

23

19

82,61%

 

 

Futbolçulara gəlincə, 11 ildə 196 oyunçu penalti zərbəsi vurub. Onlardan 14-ü 6 və ya daha çox şans qazanıb. Mütləq rekordçu isə 11 ildə 11 dəfə 11 metrlik nöqtəyə yaxınlaşan Zaur Ramazanova məxsusdu. “Qarabağ”ın futbolçuları Rəşad Sadıqovla Riçard Almeyda hərəyə 10 imkan qazanıb. Lakin onların hamısının qaçırdığı penaltilər də olub. Səhvsiz, qolla nəticələnən penalti sayında Əfran İsmayılov hamıdan öndədi – 8. Asen Nikolov 7, daha 3 oyunçu isə hərəyə 6 dəfə sərrast olub. Bahodir Nasimov 5, Nadir Nəbiyev 4 zərbədən 3-nü boşa verib.  10 futbolçu isə 2 dəfə xətaya yol verib.

 

yer

futbolçu

penalti

Dəqiq

Dəqiqlik faizi

1

Zaur Ramazanov

11

9

81,82%

2

Rəşad Sadıqov

10

9

90,00%

3

Riçard Almeyda

10

8

80,00%

4

Georgi Adamiya

9

7

77,78%

5

Əfran İsmayılov

8

8

100,00%

6

Kənan Kərimov

8

6

75,00%

7

Asen Nikolov

7

7

100,00%

8

Adrian Neaqa

6

6

100,00%

9

Baçana Sxadadze

6

6

100,00%

10

Rəşad Abdullayev

6

6

100,00%

11

Branimir Subaşiç

6

5

83,33%

12

Flavio Aleks Valensio

6

4

66,67%

13

Miloş Zeçeviç

6

4

66,67%

14

Pathe Banqura

6

4

66,67%

 

 

Araşdırılan dövrdə 104 qapıçı penalti zamanı “çərçivə”də dayanıb. Onlardan 13-də bu rəqəm 10 və ya daha yüksəkdi.  Ən çox isə Anar Nəzirovun qapısına 11 metrlik zərbə təyin edilib – 20 dəfə. Lakin bu penaltilərin 6-sı qolla nəticələnməyib. Millinin qapıçısı Kamran Ağayevin də hesabında buraxılmayan 6 belə zərbə var. Mütləq rekord isə 13 penaltidən yalnız 5-də qola üzülən Andrey Popoviçə məxsusdu. Siyahıda adı olmayanlardan Dmitri Kramarenko ilə Lukas Sapela da hərəyə 4, Kamal Bayramov, Saliou Diallo və, Pavel Doroşev 3 belə uğura sevinib.

 

yer

qapıçı

penalti

Dəqiq

Dəqiqlik faizi

1

Anar Nəzirov

20

14

70,00%

2

Davud Kərimi

19

15

78,95%

3

Kamran Ağayev

19

13

68,42%

4

Amil Ağacanov

16

14

87,50%

5

Andrey Popoviç

13

5

38,46%

6

Georgi Lomaya

13

9

69,23%

7

Vitali Kovalyov

13

8

61,54%

8

Fərhad Vəliyev

12

8

66,67%

9

Saşa Stamenkoviç

12

8

66,67%

10

Rauf Mehdiyev

11

8

72,73%

11

Orxan Sadıqlı

10

8

80,00%

12

Ruslan Məcidov

10

6

60,00%

13

Tariyel Hüseynov

10

7

70,00%

 

 

0