[b]Millimizin qapıçısı Prosineçki ilə razılaşmır: Kamran Ağayevdən güclüdü[/b]
26.02.2015 - 16:42
[b]Millimizin qapıçısı Prosineçki ilə razılaşmır: Kamran Ağayevdən güclüdü[/b]

“Millimizin “Şaxtyor”la yoxlama oyununda qapıda Andrey Popoviç dayansa da, inanmıram ki, seçmə mərhələ görüşlərində baş məşqçi ona şans versin”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.

 

Yığmamızın sabiq qolkiperi hazırda yerli qapıçılar arasında gedən rəqabətə münasibət bildirib: “Seçmə mərhələdə yəqin ki, qapını ya Kamran Ağayev, ya da Səlahət Ağayev qoruyacaq. Emil Balayev də istedadlı qapıçıdı, gələcəkdə yığmamıza xeyir verə bilər. Kamran “Kayserispor”da ehtiyatda qalsa da, fikrimcə, o, yığmaya namizəd olan bütün qapıçılardan güclüdü”.

 

Vəliyev 35 yaşı olmasına və “Qarabağ”da ehtiyat qapıçı olmasına baxmayaraq, hələ də yığmaya çağırılacağına inanır: “Antalyada olanda millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizov dedi ki, klubunda müntəzəm çıxış edən hər bir qolkiperi dəvət ala bilər. Mən də inanıram ki, “Qarabağ”da əsas heyətə düşərək yenidən yığmaya çağırılacam”.

 

Qeyd edək ki, Fərhad Vəliyevdən fərqli, millimizin baş məşqçisi Robert Prosineçki müsahibələrinin birində Səlahət Ağayevin Kamran Ağayevdən güclü olduğunu demişdi.

 

Rəvan ƏKBƏR

0