[b]“Bakı”nın sabiq baş məşqçisi La Liqa klubunu çalışdıra bilər[/b]
27.02.2015 - 13:19
[b]“Bakı”nın sabiq baş məşqçisi La Liqa klubunu çalışdıra bilər[/b]

“Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç La Liqa təmsilçisi “Xetafe”nin “sükanı arxasına” keçə bilər. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Kike Sançes Floresin istefasından sonra boş qalan posta namizədlərdən biri də məhz Pantiçdi.

 

Bernd Şusterin imtinasından sonra “Xetafe”də əsas namizəd Anxel Torresdi. Əgər onunla razılıq əldə olunmasa, Pantiçlə danışıqlar sürətlənəcək. Lakin sabiq “Bakı”lının bu kluba keçidi çətin görünür. Çünki onun Serbiya Futbol Federasiyası ilə müqaviləsi var.

 

Qeyd edək ki, məşqçilik karyerasına “Atletiko”nun B komandasında başlayan Milinko Pantiç 2013/2014 mövsümündə “Bakı”nı çalışdırıb. Onun gələn mövsümdən “Bakı”ya qayıdacağı da gəzən söz-söhbətlər arasındadı.

0