[b]Azərbaycan klubu Argentinaya aparacağı heyəti açıqladı[/b]
27.02.2015 - 15:01
[b]Azərbaycan klubu Argentinaya aparacağı heyəti açıqladı[/b]

Fevralın 28-də Argentinada Ümumdünya Boks Seriyasının (WSB) VII turu çərçivəsində yerli “Argentina Condors” klubu “Baku Fires”i qəbul edəcək. Apasport.az saytının məlumatına görə, artıq komandalar döyüş üçün heyətini açıqlayıb.

 

Boksçumuz Məhəmməd İbiyevin rəqibi 26 yaşlı Zarate 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçısı olub. Təcrübəli idmançı 2007-ci ildə Çikaqoda təşkil olunan mundialda da mübarizə aparıb.

 

Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmağa çalışan Heybətulla Hacəliyev əvvəllər peşəkar rinqdə çıxış edən Amitrano ilə üz-üzə gələcək.

 

Fərdi reytinqdə 5-ci olan Abdulqadir Abdullayev üçün də bu görüş böyük əhəmiyyət kəsb edir.

 

“Argentina Condors” – “Baku Fires”

49 kq. Leandro Zarate – Məhəmməd İbiyev

56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov

64 kq. Leandro Amitrano - Heybətulla Hacəliyev

75 kq. Alberto Lebenstajn – Nikolay Veselov

91 kq. Daniel Blanş - Abdulqadir Abdullayev

 

Argentina komandasının yalnız bir üzvü – İqnasio Palmetta (69 kq) reytinqdə 5-cidi və onlar 1 xalla qrupda sonuncu yeri tutur. Rəqibimiz son görüşdə səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub. Cənubi amerikalılar bu heyətlə Venesuelada yerli komandaya 1:4 hesabı ilə məğlub olublar.

 

Bu həftə B qrupunda “Astana Arlans” “İtalia Thunder”i, “Puerto Rico Hurricanes” USA “Knockouts”u, “Caciques Venezuela” isə “Rafako Hussars Poland”ı qəbul edəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 18 xal, (döyüşlərin nəticələri 26-4)

2. USA “Knockouts” – 15, (18-12)

3. “İtalia Thunder” – 12, (17-12)

4. “Baku Fires” – 11, (18-12)

5. “Puerto Riko Hurricanes” – 8, (11-19)

6. “Venezuela Cacquez” – 7, (11-19)

7. “Rafako Hussars Poland” – 6, (12- 18)

8. “Argentina Condors” – 1, (6-23)

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

 

0