[b]“Xəzər Lənkəran”ın mart üzrə STATİSTİKASI[/b]
02.03.2015 - 00:01
[b]“Xəzər Lənkəran”ın mart üzrə STATİSTİKASI[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində mart ayının 4-də “Xəzər Lənkəran” səfərdə  “İnter” klubu ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma “ağ-yaşıllar”ın 2004-cü ildən bəri mart aylarında keçirdiyi 45-ci matçı olacaq.

 

İndiyə qədər komanda mart aylarında 44 oyun keçirib ki, onların 18-də də qalib gəlib. 13 dəfə heç-heçə edən və eyni sayda (13 dəfə) məğlub olan “Xəzər Lənkəran” martda keçirdiyi 44 oyunda rəqib qapılarına 64 top vurub, öz qapısından isə 37 qol buraxıb.

 

Mart ayında ilk dəfə 2005-ci ilin martın 7-də paytaxtın MOİK klubu ilə üz-üzə gələn cənublular sonuncu dəfə ötən ilin martın 29-da səfərdə “Neftçi” ilə qarşılaşıb. Həmin oyunda komanda əzəli rəqibinə minimal hesabla məğlub olub.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixi boyu ən yadda qalan oyunlarından biri də məhz mart ayına təsadüf edib. Bu əzəli rəqib “Neftçi” ilə səfərdə baş tutan kubok matçı olub.

 

Belə ki, 2010/2011 mövsümündə (03.03.10 tarixində) ölkə kubokunun ¼ finalının ilk qarşılaşmasında komanda əzəli rəqibi ilə və matçı idarə edən hakimlər birqadası ilə sanki bir döyüş əməliyyatına çıxmışdı. Həmin oyunda baş hakim və laysmanlar eləcə də dördüncü hakimin bütün cəhdlərinə baxmayaraq, “Xəzər Lənkəran” bu səfər matçında öz qapısından buraxdığı 3 topun əvəzində “Neftçi”nin qapısından 4 qol kerçirib və oyunu qələbə ilə başa vurub. (12cioyuncu.info)

0