[b]Mustafa Dənizli: O, “Beşiktaş”a cəmi 10 faiz xeyir verir[/b]
02.03.2015 - 11:58
[b]Mustafa Dənizli: O, “Beşiktaş”a cəmi 10 faiz xeyir verir[/b]

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis “Beşiktaş”ın seneqallı hücumçusu Demba Banı tənqid edib.

 

LİG TV-də ekspertlik edən Dənizli “Beşiktaş” haqda danışarkən, Banın fərdi oyun göstərdiyini bildirib. 2008-2010-cu illərdə “qara qartal”ın baş məşqçisi olmuş 71 yaşlı çalışdırıcı bu səbəbdən onun çıxışını bəyənmədiyini qeyd edib: “Demba Banın komanda oyununa faydası yoxdu. O, “Beşiktaş”a cəmi 10 faiz xeyir verir. İstənilən halda, “Balıkesirspor”la matçda xal itirən və tənqid atəşinə tutduğumuz “Beşiktaş” Türkiyənin avrokubokda 2 ilini xilas etdi. Buna görə, hamımız “Beşiktaş”a təşəkkür etməliyik”. 

 

Qeyd edək ki, Avropa Liqasında “Liverpul”u mübarizədən kənarlaşdıran “Beşiktaş” Türkiyə Superliqasının XXII turunda “Balıkesirspor”la 2:2 hesablı heç-heçə edib.

 

0