[b]Cahangir Həsənzadə məşqçiliyə başlayır[/b]
02.03.2015 - 12:05
[b]Cahangir Həsənzadə məşqçiliyə başlayır[/b]

Qış fasiləsində “Xəzər Lənkəran”ın gəncləşdirmə siyasətinin qurbanlarından olan Cahangir Həsənzadə karyerasını bitirməyə hazırlaşır. 36 yaşlı qolkiper apasport.az saytına açıqlamasında artıq məşqçiliyə hazırlaşdığını deyib.

 

Həsənzadə hətta bu gündən etibarən AFFA-nın təşkil etdiyi məşqçi kursuna da qatılacağını söyləyib: “Futbolçu karyeramı bitirib-bitirməyəcəyim hələ dəqiq deyil. Buna mövsümün sonunda qərar verəcəm. Təklif olarsa, qalıb oynaya bilərəm. Amma mən artıq məşqçiliyin sirlərini də öyrənməyə başlayıram”.

 

Həsənzadə milli komandamızın formasını geyindiyindən, C kateqoriyasını oxumaqdan azaddı. Lakin o, özü məhz bu kateqoriyadan başlamaq fikrindədi: “Bilirəm ki, birbaşa B kateqoriyasından başlaya bilərəm. Lakin mən C-ni də oxumaq istəyirəm ki, bu işin əlifbasından başlayım. Bu sahədə pillə-pillə addımlamaq istəyirəm”.

 

Qeyd edək ki, Cahangir Həsənzadə karyerası ərzində 34 dəfə milli komandanın formasını geyinib.

0