[b]“Qarabağ”a “ekzotik klub” dedilər[/b] - FOTO
03.03.2015 - 16:29
[b]“Qarabağ”a “ekzotik klub” dedilər[/b] - FOTO

Topaz Premyer Liqasında çempionluğa bir nömrəli namizəd olan “Qarabağ”ın heyətinə yeni futbolçu qatmasına xarici mətbuat da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, Dani Quintananın Ağdam klubuna keçidinə Polşa mətbuatı da yer verib.

 

Həmkarlarımız 2013-14 mövsümündə bu ölkənin “Jagellonia” klubunda çıxış etmiş Quintananın “Qarabağ”ın tarixində ilk ispan futbolçu olacağını qeyd ediblər. Bundan əlavə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Əl-Əhli”dəki karyerasının uğursuz alındığı və ona Azərbaycanda böyük ümidlər bəslənildiyi də xəbərdə öz əksini tapıb.

 

“Quintana ekzotik klubda!” sərlövhəsinə üstünlük verən Polşa mətbuatı “Qarabağ”ın Azərbaycan çempionatının lideri olduğunu bildirib. Onlar Ağdam klubunun keçən il Avroliqanın qrup mərhələsində oynadığını əsas gətirərək, ispan futbolçunun zəif komandaya keçmədiyini vurğulayıblar. 

0