[b]"Bakı" və "Qəbələ" darmadağın oldu, "Neftçi" heç-heçəyə razılaşdı[/b]
04.03.2015 - 20:54
[b]"Bakı" və "Qəbələ" darmadağın oldu, "Neftçi" heç-heçəyə razılaşdı[/b]

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.

 

“Neftçi” "Bakcell Arena"da AZAL-ı sınağa çəkib. Topaz Premyer Liqasının III turdan təxirə salınmış oyunda “təyyarəçilər”i minimal hesabla məğlub edən “ağ-qaralar” yenə qalib gəlmək niyyətində idi. Lakin komandaların ciddi cəhdlərinə baxmayaraq, matçda hesab açılmayıb – 0:0.

 

“İnter” doğma publika önündə “Xəzər Lənkəran”ı sınağa çəkib. “Bankirlər” Cənub klubuna 2 cavabsız qolla qalib gəlib.

 

Çempionatın lideri “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder “Bakı”ı qəbul edib. Qurban Qurbanovun yetirmələri “zolaqlılar”ı 3:0 hesabı ilə üstələyib.

 

Günün maraqlı görüşü Qəbələdə baş tutub. Şəhərin eyni adlı komandası “Qəbələ” “Simurq”la üz-üzə gəlib. İki əyalət təmsilçisi yarımfinala yüksəlmək üçün var qüvvəsini ortaya qoyub. Zaqatala klubu səfərdən səfəli nəticə ilə qayıdıb – 0:3.

 

Beləliklə, “Qarabağ” və “Simurq” yarımfinala vəsiqəni böyük ölçüdə həll edib.

 

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 mart (çərşənbə)

“Qəbələ” – “Simurq” - 0:3

Qollar Draqan Çeran, 11; 55, Benjamin Lambot, 57

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev 
Qəbələ şəhər stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov (k), 16. Ruslan Tağızadə, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 14. Cavid Hüseynov, 18. Ruslan Fomin, 20. Rikardinyo, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak , 22. Cihan Özkara
Baş məşqçi: George Çixradze

 

 “Neftçi” – AZAL - 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov 
"Bakcell Arena"  

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 22. Rauf Əliyev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 3. Denis Silva, 27. Məqsəd İsayev
Baş məşqçi: Arif Əsədov

AZAL: 16. Stanislav Namaşko, 21. Novruz Məmmədov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 17. Viktor İqbekoyi, 10. Nicat Qurbanov, 8. Seymur Əsədov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 22. Eltun Yaqublu, 7. Təmkin Xəlilzadə, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov
Baş məşqçi: Tərlan Əhmədov

 

“İnter” – “Xəzər Lənkəran” - 2:0
Qollar: Mikel Alvaro, 41; Alfred Sanko, 69 (öz qapısına)

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov 
“İnter Arena”

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 11. Asif Məmmədov, 12. Franka Nildo, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken

Baş məşqçi: Kaxaber Sxadadze

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli

Baş məşqçi: Elbrus Məmmədov



 “Qarabağ” – “Bakı” 3:0
Qollar: Reynaldo, 6; 32; Vüqar Nadirov, 24

Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov 
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 24. Admir Teli, 41. Leroy Corc
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç , 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev , 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 19. Eltun Hüseynov, 45. Mahir Mədətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 11. Tural Qürbətov,15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 28. Ülvi Quliyev
Baş məşqçi: İbrahim Uzunca

 

 

0