Almaniya kubokunda 1\8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 1 görüşdən ibarət olan qarşılaşmada azarkeşlər 4 matç izləyiblər.
Belə ki, “Hoffenhaym” “Aalen”i, “Bayer” “Kayzerslautern”i və Dortmund “Borussiya”sı “Drezden”i eyni hesabla məğlub edərək, adını 1\4 finala yazdırıb – 2:0.
“Frayburq” isə “Köln”ə 2:1 hesabı ilə qalib gəlib.
Almaniya kubok
1\8 final
03 mart
“Bayer” – “Kayzerslautern” - 2:0
Qollar: Çalhanoğlu, 102, Kisslinq, 113
“Aalen” – “Hoffenhaym” – 0:2
Qollar: Polanski, 16; Folland, 56
“Drezden” – “Borussiya” - 0:2
Qollar: İmmobile, 50; 90
“Frayburq” – “Köln” - 2:1
Qollar: Udja, 18-avtoqol, Darida, 19 - Deyverson Brum, 89