[b]Millimizin rəqibi planlarını açıqladı[/b] - FOTO
04.03.2015 - 09:19
[b]Millimizin rəqibi planlarını açıqladı[/b] - FOTO

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığmasının heyəti və hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Kosenko martın 18-dən 21-dək Bakıda keçiriləcək qrup oyunları üçün 15 futzalçını müəyyənləşdirib.

 

Lakin çalışdırıcı bu heyətdən bir nəfəri çıxarmalıdı. Çünki Azərbaycan, Belçika, Danimarka ilə eyni qrupda çıxış edəcək ukraynalılar yarışa 14 oyunçu ilə qatılacaq.

 

Kosenko heyətə qapıçılar Yevgeni İvanyak, Dmitri Litvinenko və Yuri Savenkonu, sahə oyunçuları Nikolay Belotserkovets, Sergey Jurba, Dmitri Sorokin, Denis Ovsyannikov, Dmitri Bondar, Aleksey Fetko, Dmitri Kalukov, Vitali Dzyuba, Roman Kordoba, Vladimir Razuvanov, Pyotr Şoturma, Yevgeni Valenkonu daxil edib.

 

Qeyd edək ki, Bakıya martın 17-də gələcək Ukrayna millisi yarışın hazırlıqlarına 1 həftə öncə start verəcək. Kosenkonun yetirmələri məşqlərə Xarkovda start verib, sonradan Kiyevə yollanacaq.

 

0