Qvardiola avtomobil qəzasına düşdü - FOTO
04.03.2015 - 10:11
 Qvardiola avtomobil qəzasına düşdü - FOTO

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola kiçik avtomobil qəzası keçirib. Apasport.az saytının məlumatına görə, hadisə Münhen klubunun bazasının 3 kilometr yaxınlığında baş verib.

 

Qvardiolanın iş maşını irəlidə olan “Volkswagen Polo” markalı avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Dərhal maşını tərk edən 44 yaşlı məşqçi digər sürücüyə yaxınlaşıb, üzrxahlıq edib. Tərəflər məsələni polisin iştirakı olmadan həll etməyə çalışıblar.

 

Qvardiola sonda yazılı kağız parçasını zərərçəkənə təqdim edərək, hadisə yerindən uzaqlaşıb. O, bununla digər sürücüyə dəyən maddi ziyanı qarşılamağa hazır olduğunu bildirib.

 

 

 

0