“Neftçi” “Bakcell Arena”dan niyə imtina etdi?
04.03.2015 - 12:19
“Neftçi” “Bakcell Arena”dan niyə imtina etdi?

Topaz Premyer Liqasında XXV turun mərkəzi oyununda “Neftçi” əsas rəqiblərindən biri olan “İnter”i qəbul edəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın “Bakcell Arena”ya deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna salınmasının səbəbi məlum olub.

 

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında bunun səbəbinin yayımla bağlı olduğunu deyib: “Əsas səbəb odu ki, bu oyun birbaşa yayımlanmayacaq. Bizim ev matçlarımız adətən canlı yayımlandığı üçün görüşlərimizi “Bakcell Arena”da keçiririk. Amma bütün məşqlərimiz Bakıxanov qəsəbə stadionunda olur. Klub rəhbərliyi də fikirləşdi ki, görüş canlı yayımlanmırsa, elə məşq etdiyimiz stadionda oynayaq. Oranın ot örtüyü də ideal vəziyyətdədi, hətta “Bakcell Arena”dan da yaxşıdı”.

 

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu martın 8-də keçiriləcək.

0