Elbrus Məmmədov: Mərhələni keçmək bizim tapşırığımızdı
04.03.2015 - 19:52
Elbrus Məmmədov: Mərhələni keçmək bizim tapşırığımızdı

“Kubok oyunudu. Cavab qarşılaşmasını gözləmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova məxsusdu.

 

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “İnter”ə 2:0 hesabı ilə məğlub olmalarına şərh verib: “Düzdü, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdı. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil”. (pfl)

0